Vergi uçotu xidmətləri

  Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyiçilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.

  “Vergi uçotu” anlayışı Vergi Məcəlləsinin X fəslinin normalarına əsasən daxil edilmişdir və yalnız vergi qanunvericiliyi hüququ sahəsində tətbiq olunur.

  Vergi qanunvericiliyi müəssisələrdə ayrıca vergi uçotunun aparılmasını tələb edlir. Vergilər üzrə vergitutma bazasının düzgün müəyyən edilməsi və vergilər üzrə hesablaşmaların vaxtında aparılmasını təmin etmək məqsədilə vergi uçotu aynca aparılmalıdır.

  Vergi uçotu təsərrüfat subyektinin vergi öhdəliklərinin tam və düzgün hesablanması üçün zəruri olan informasiyanın yığılması və qeydə alınması sistemi olmaqla, vergitutma sahəsində mühasibat uçotunun alternativi və ona əlavə kimi çıxış edir. Vergi uçotu mühasibat uçotunun tərkib hissəsi olmaqla təsərrüfat subyektlərinin vergi öhdəliklərinin (vergi bəyannamələrinin) düzgün və obyektiv hesablanması (tərtib edilməsi) üçün lazım olan informasiyanın toplanması, qeyd edilməsi və işlənməsi sistemidir.

Vergi uçotu əsasən aşağıdakı funksiyaları yerinə yetirir:

təsərrüfat subyektinin (sahibkarın) vergi öhdəliklərinin düzgün müəyyən edilməsi üçün lazım olan ilkin informasiyanın toplanması və qeyd edilməsi;

ilkin vergi informasiyasının vergi (mühasibat) registirlərində və mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsi;

müəssisələrin vergi öhdəliklərinin düzgün müəyyən edilməsi;

etibarlı vergi hesabatının (bəyannaməsinin) formalaşması;

vergi informasiyasının formalaşması və vergi hesabatının düzgün tərtib olunması üzərində nəzarətin təşkili


Vergi qanunvericiliyi üzrə tələblərinin pozulması şirkəti böyük miqdarda maliyyə itkilərinə məruz qoya, hətta inzibati və cinayət məsuliyyəti ilə üzləşdirə bilər. Belə ki,


1. Vergi Məcəlləsinin 57.1-ci maddəsinə uyğun olaraq vergi hesabatını, habelə hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatı əvəzinə arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

2. Vergi Məcəlləsinin 59.1-ci və 59.2-ci maddələrinə əsasən vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Bu faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir.

3. 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir;

4. 58.8.2. malların alışını və ya mədaxilini təsdiq qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı birinin olmaması – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında;

5. 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında.

6. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir və.s.


Göründüyü kimi vergi qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrə əməl etməmək şirkətə inzibati cərimə və maliyyə sanksiyalarının tətbiq edilməsi ilə nəticələnir. Bütün bu risk və məsuliyyətlərdən qorunmaq üçün Your Finance MMC Sizlərə vergi uçotu üzrə aşağıdakı xidmətləri təklif edir.

Müxtəlif təşkilati-hüquqi formaya malik yerli və xarici investisiyalı şirkətlərin yaradılması, yenidən təşkili və ləğv edilməsi

Sadələşdirilmiş, ƏDV və Mənfəət vergisi ödəyicilərinin uçotu

Kassa aparatlarının qeydiyyatı və qeydiyyatdan çıxarılması, obyekt kodunun alınması və ləğvi, vergilərlə bağlı bütün növ xidmətlər

Vergi yoxlamalarında şirkəti təmsil etmək, yoxlamanın nəticələri üzrə etiraz aktları tərtib etmək və vergi mübahisələrinin həllinə kömək etmək

Vergitutmanın optimallaşdırılması və vergi planlaşdırılması

Şirkət fəaliyyətinin qanunvericilik aktlarına uyğunluğunun yoxlanılması

Vergi, DSMF, Statistika və Məşğulluq orqanlarına aylıq, rüblük və illik hesabatların (bəyannamələrin) hazırlanması və təqdim edilməsi

Qısa idxal bəyannamələrinin hazırlanması

Vergi və digər qanunvericilik aktları üzrə şərh və məsləhətlərin verilməsi