Kadr uçotu xidmətləri

  Hər bir şirkətin inkişafında ən dəyərli resurslardan biri məhz insan resursudur. Bu resurslardan düzgün istifadə etmək və personalın bütün səy və bacarıqlarını qarşıya qoyulmuş məqsədə doğru istiqamətləndirmək çox vacib məsələdir. Bu resursların məqsədyönlü şəkildə idarə olunması ilə yanaşı onlarla şirkət arasında olan əmək münasibətlərini qanunvericiliyin tələbləri əsasında qurmaq böyük səriştə, əmək və vaxt tələb edir. Bu münasibətlərin düzgün idarə olunmaması şirkətinizi böyük risk və itkilərlə üz-üzə qoya bilər. Bu risk və itkilərlə qarşılaşmamaq üçün isə hər bir müəssisədə mütləq şəkildə kadr uçotu təşkil olunmalıdır.

Kadr uçotunu ya müəssisə daxilində ayrıca bölmənin yaradılması hesabına, ya da kənardan bu cür xidmətlər göstərən şirkətlər hesabına aparmaq olar.

Əks halda müəssisənin əmək münasibətlərinin və kadr heyətinin sənədlərinin tərtib edilməsindəki qeyri-dəqiqliklər və habelə, uçotda yol verilən səhvlər, cinayət məsuliyyəti də daxil olmaqla, çox ciddi nəticələrə gətirib çıxara bilər.

Ümumiyyətlə, kadr uçotu sahəsində qanunvericiliyin pozulması üzrə vergi, inzibati xətalar və cinayət məcəlləsində aşağıdakı hallar nəzərdə tutulmuşdur.

Vergi Məcəlləsi, maddə 58.10.

Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə məsuliyyət tədbiri

Hər bir belə işçi üzrə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

İnzibati Xətalar Məcəlləsi, maddə 192.1

Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət tədbiri:

Fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək miqdarda, vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək miqdarda, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək miqdarda inzibati cərimə edilir.

Cinayət Məcəlləsi, maddə 162-1.1

Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (yəni 10 nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət tədbiri:

7.000 manatdan 10.000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsi, maddə 162-1.2

Eyni əməllər təkrar törədildikdə məsuliyyət tədbiri :3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bütün bu risk və məsuliyyətlərdən qorunmaq üçün Your Finance MMC Sizlərə kadr uçotu üzrə aşağıdakı xidmətləri təklif edir.

• Kadr uçotunun qurulması, idarə olunması və optimallaşdırılması

• Şəxsi işçi fayllarının hazırlanması üzrə bütün xidmətlər:

- İşçilərin elektron qeydiyyatı (işə qəbul və işdən azad edilmə ) – Elektron portal.

- İşə qəbul və işdən çıxma ərizələrinin və əmrlərinin hazırlanması

- Əmək müqaviləsi, xidmət müqaviləsi və təcrübə müqaviləsinin bağlanması

- Əmək haqqı və əmək kitabçalarının uçotu jurnalının hazırlanması

- Vəzifə təlimatlarının hazırlanması

- Davamiyyət (iş vaxtının uçotu tabeli) və ştat cədvəlinin hazırlanması

- Əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi (əmək haqqı, vəzifə və.s.)

- Mükafatlandırma və cəzalandırma haqqında əmrlər

- Məzuniyyət ərizələrinin və əmrlərinin hazırlanması

- Ezamiyyətlər üzrə təqdimat və əmrlərin hazırlanması

• Əmək haqqı, məzuniyyət, ezamiyyət və mükafatların hesablanması

• İşçilərin sosial və icbari sığortası prosedurları

• Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı hesablamaların aparılması

• Xarici vətəndaşların işə qəbul prosesini təşkil etmək, onlara müvəqqəti, daimi yaşamaq və iş icazələrinin alınması

• Şirkətin təşkilati strukturunun, iş, məsuliyyət və səlahiyyət bölgüsün effektivliyinin qiymətləndirilməsi və ya restruktrizasiyası

• Şirkətdə insan resursları üzrə işin səmərəli təşkili və bu resurslardan istifadənin səmərəliliyinin artırılması

• Kadr uçotunun aparılması üzrə hər növ konsultasiya xidmətləri