Bizi tanıyın

  Your Finance MMC vergi, mühasibatlıq, maliyyə və insan resursları üzrə biznesinizdə qarşılaşa biləcəyiniz hər bir problemin həllində Sizlərin yanında olmağı özünə bir vəzifə seçmişdir. Sizin profilinizə uyğun gəlməyən yuxarıda sadaladığımız xidmətləri öz üzərimizə götürməklə Sizin dəyərli vaxtınızı biznesinizin inkişafına sərf etməyinizə bir növ köməklik etmiş oluruq. Bu işin məsuliyyətini dərk etdiyimizdən Sizə yüksək keyfiyyətli xidmət göstərməklə fəaliyyətinizi düzgün qiymətləndirir, xərc, gəlir, aktiv, kapital və öhdəliklərinizin uçotunu aparır, vergi və rüsumlar üzrə dövlət büdcəsi ilə hesablaşmalarınızı nəzarətə götürür və eyni zamanda insan resurslarınızdan səmərəli istifadədə Sizə təklif və məsləhətlər veririk.

  Biz bilirik ki, düzgün uçot və hesabatçılıq şirkətin fəaliyyətinin güzgüsüdür. Düzgün uçot və hesabatçılıq əsasında verilən qərarlar isə biznesinizin inkişafına xidmət edir. Biznesinizin idarə olunmasında düzgün qərarların verilməsi üçün uçot və hesabatçılığın ən doğru və etibrarlı ünvanı olaraq Your Finance MMC-ni seçəcəyinizə inanırıq. Your Finance MMC - “İnkişaf üçün birlikdə addımlayaq”.

Fəaliyyətimiz

  Bir şirkətin fəaliyyətinin düzgün şəkildə qurulması və idarə olunmasında uçot ən vacib şərtdir. Düzgün idarəetmə qərarları məhz düzgün uçot və hesabatlardan formalaşan informasiyalar əsasında mümkündür. Qeyri - müəyyən, qeyri-dəqiq və heç bir məntiqi, riyazi və iqtisadi əsasa söykənməyən emal olunmamış məlumatlar əsasında verilən qərarlar şirkətinizin fəaliyyəti üçün böyük risklər yarada bilər. Müəssisənin idarəolunması zamanı verilən qərarların onun fəaliyyətinin nəticələrinə, vergi və digər dövlət orqanları ilə münasibətlərinə necə təsir edəcəyini qabaqcadan təxmin etmək böyük peşəkarlıq tələb etməklə yanaşı həm də çox vaxt tələb edir. Vaxt isə sahibkarlıq üçün ən dəyərli resursdur. Bu dəyərli resursu şirkətin inkişafına sərf etmək, uçotu isə peşəkarlara həvalə etmək ən doğru qərar olduğunu düşünürük. Your Finance olaraq biz fəaliyyətiniz zamanı öz peşəkar komandamızla Sizin yanınızda olmaqla bu risklərdən Sizləri qorumağı özümüzə ən vacib vəzifə hesab edirik. Çünki biz Sizi özümüzünkü sayır və Sizin maliyyənizi də öz maliyyəmiz hesab edirik. Sizlərə xidmətlərimizlə göstərmək istəyirik ki,məhz biz “Uçotunuzun etibarlı təminatçısıyıq”.

Missiyamız

  Öz sahəmiz üzrə ən etibarlı tərəfdaşa çevrilmək, peşəkar komandamız və keyfiyyətli xidmətlərimizlə cəmiyyətə və ölkəmizin iqtisadi inkişafına töhfə verməkdir.

Vizyonumuz

  Peşəkar komandamız və keyfiyyətli xidmətlərimizlə öz sahəmiz üzrə dünyanın ən aparıcı şirkətinə çevrilməkdir.

Bizi fərqləndirən dəyərlərimiz

- Keyfiyyət üzrə ən yüksək standartlara riayət edirik. Çünki müştərimizin məmnunluğu bizim ən böyük qazancımızdır.

- Bizim məqsədimiz müştərilərimizə daha yaxın olmaq, onların istək və ehtiyaclarını duymaq, hiss etmək və işimizi ona uyğunlaşdırmaqdır.

- Fəaliyyətimizin əsasını güvən və etibarlılıq təşkil edir. Etibar olunan bağlılığa böyük önəm verir, onu qoruyuruq.

- Dürüstlük, düzgünlük, məsuliyyətlilik, etibarlılıq və şəffaflıq ali dəyərlərimizdir.

- Ən əsası düşünürük ki, öz işimizlə sahibkarlığın inkişafına dəstək olmaqla iqtisadiyyatımızın inkişafına töhfə vermiş oluruq.

Niyə seçiminiz Your Finance olmalıdır?

- Maliyyə və uçot məlumatları şirkətin kommersiya sirridir. Bu məlumatları gərək ki, etibarlı şəxslərə əmanət edəsiniz. Bu sahibkar üçün riskdirsə, bizim üçün məsuliyyət və öhdəlikdir. Biz bu məsuliyyəti nəinki dərk edirik, hətta Sizin maliyyə və uçot məlumatlarınızı özümüzünkü hesab edirik.

- Sizinlə münasibətlərimizin konfidensiallığını hətta müqavilə əsasında tam şəkildə qoruyuruq.

- Bütün xidmətlərimizin qüsursuz olması üçün peşəkar komandaya sahibik.

- İstənilən mübahisəli məsələlərin həllində həmin sahənin ən güclü ekspertlərinə müraciət etməklə Sizə yüksək səviyyəli xidmətlər göstəririk.

- Bütün təklif və iradlarınızı xidmətlərimizi daha da yaxşılaşdırmaq üçün dost məsləhəti hesab edirik.

Bizi seçməklə nə əldə edəcəksiniz?

-Uçotunuz qanunvericilik aktlarının tələblərinə tam uyğun olacaq.

- Vergi yoxlamalarında Sizi təmsil edəcəyik.

- Yüksək ixtisaslı kadr yüksək əmək haqqı tələb etdiyindən bizim xidmətlərlə bunu daha az xərc hesabına edəcəksiniz.

- Vergi, Statistika və Məşğulluq idarəsinə aylıq, rüblük və illik hesabatların (bəyannamələrin) hazırlanması və təqdim edilməsi prosesini bizə həvalə etməklə tam rahat biznesinizlə məşğul olacaqsınız.

- Bizi seçməklə vergi, gömrük rüsumları, maliyyə və mühasibatlıq üzrə ödənişsiz şərh və məsləhətlər alacaqsınız.

- Ən əsası bütün bunları Sizə ən sərfəli qiymətlərlə təklif edirik.

Bizi seçməklə qənaət edəcəyiniz xərclər?

- İşinizi tam və etibarlı şəkildə yerinə yetirmək üçün təcrübəli bir mühasibə ehtiyacınız olacaq. Təcrübəli bir mühasib üçün isə minimum 800-1000 AZN əmək haqqı verməli olacaqsınız. Əmək haqqından əlavə işçi üçün sosial, icbari və işsizlik sığortası ödəməli olacaqsınız. Bizim xidmətlərimizdən istifadə etməklə bu xərclərə ən azı 2-3 dəfə qənaət edəcəksiniz.

- Öz ştatınızdakı işçi üçün normal əmək şəraiti (ofisdə ayrıca sahə - icarə haqqının işçiyə ayrılmış sahəyə düşən hissəsi,mebel, kompyuter, printer, proqram təminatı və digər ofis ləvazimatları) yaradılmalıdır. Bizimlə bunların heç birinə pul xərcləməyəcəksiniz.

- İşinizi peşəkar komandamıza etibar etməklə biznesinizdə yaranan bütün problemlər ümumi müzakirə əsasında ən optimal yolla həll ediləcəkdir. Beləliklə, Siz ancaq öz biznesinizə və onun inkişafına zaman ayıracaqsınız.

- Ən əsası fəaliyyətiniz peşəkarlar tərəfindən qiymətləndirilməklə Sizə vergi prosesinin optimallaşdırılması və şirkətinizin fəaliyyətinin səmərəliləşdirilməsi istiqamətində təkliflər veriləcəkdir və Siz bunun üçün əlavə vəsait xərcləməyəcəksiniz.